Qelebə.az / "Sumqayıt" klubunun futbolçusu əməliyyat olunacaq

"Sumqayıt" klubunun futbolçusu əməliyyat olunacaq

29-11-2023, 23:17

"Sumqayıt" klubunun futbolçusu Kristian Velinovski sabah əməliyyat olunacaq.

"Report" xəbər verir ki, onun Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən "Lerik" - "Sumqayıt" oyununun 23-cü dəqiqəsində ayağı sınıb.

Xəstəxanaya yerləşdirilən yarımmüdafiəçinin hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı əməliyyatdan sonra dəqiq bilinəcək.

Qeyd edək ki, "Lerik" - "Sumqayıt" görüşü ikincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Geri qayıt