Qelebə.az / "Qalatasaray" - "Mançester Yunayted" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib

"Qalatasaray" - "Mançester Yunayted" oyununda 6 qol vurulub, qalib müəyyənləşməyib

29-11-2023, 23:38

Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, Okan Burukun baş məşqçisi olduğu komanda İngiltərə təmsilçisi "Mançester Yunayted"i qəbul edib.

Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran İstanbul təmsilçisi ikinci pilləyə yüksəlib, qonaqlar isə 4 xalla sonuncudur.

A qrupunun digər görüşündə "Bavariya" Almaniyada "Kopenhagen"i qəbul edəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Geri qayıt