Qelebə.az / "Qarabağ"la oyunda dubl edən yarımmüdafiəçi həftənin ən yaxşı futbolçusu adına namizəddir

"Qarabağ"la oyunda dubl edən yarımmüdafiəçi həftənin ən yaxşı futbolçusu adına namizəddir

1-12-2023, 09:00

UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"QELEBE.AZ" xəbər verir ki, bu ada İngiltərənin "Liverpul" klubundan Kodi Qakpo, Fransanın "Marsel" komandasından Pyer-Emerik Obameyanq, Almaniya təmsilçisi "Frayburq"dan Mixael Qreqoritş və Norveçin "Molde" kollektivindən Kristian Eriksen iddia edir.

Yarımmüdafiəçi Eriksen məhz "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmada iki qolla yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Geri qayıt