Qelebə.az / "Qəbələ" son dəfə çempionatda "Qarabağ"a Qriqorçukun dönəmində qalib gəlib - STATİSTİKA

"Qəbələ" son dəfə çempionatda "Qarabağ"a Qriqorçukun dönəmində qalib gəlib - STATİSTİKA

4-12-2023, 11:45

Bu gün Azərbaycan Premyer Liqasının XV turunda üz-üzə gələcək "Qarabağ" və "Qəbələ" komandaları çempionatda 60-cı dəfə qarşılaşacaqlar.

"QELEBE.AZ"un məlumatına görə, əvvəlki 59 oyunun 34-də Ağdam klubu, 10-da "qırmızı-qaralar" qələbə qazanıb, 15 görüşdə isə heç-heçə qeydə alınıb.

Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 95:45.

"Qəbələ" Premyer Liqadakı əvvəlki 21 görüşdə qələbə qazana bilməyib. "Qarabağ"ın sonuncu məğlubiyyəti 2017/2018 mövsümünə təsadüf edib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 2017-ci il oktyabrın 22-də səfərdə ukraynalı Roman Qriqorçukun çalışdırdığı kollektivə yenilib - 0:1.

Çempionatdakı son 7 matçda "Qəbələ"yə qol vurmağı bacaran ağdamlıların bu rəqibə evdə sonuncu yenilgisi isə 2014/2015 mövsümündə qeydə alınıb. Ölkə çempionu 2015-ci il fevralın 28-də elə Qriqorçukun komandasına uduzub - 0:1.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 19:30-da start götürəcək.

Geri qayıt