Qelebə.az / Azərbaycanın qadınlardan ibarət yığması Millətlər Liqasını qələbə ilə başa vurub

Azərbaycanın qadınlardan ibarət yığması Millətlər Liqasını qələbə ilə başa vurub

5-12-2023, 20:50

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirib.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edib.

"Dalğa Arena"da reallaşan qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 69-cu dəqiqəsə Nigar Mirzəliyeva fərqlənib.

Komandamız C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub. Millimiz ötən turda liderliyi təmin edərək B Liqasına yüksəlmişdi.

Geri qayıt