Qelebə.az / Azərbaycan badminton millisi ikinci oyununda məğlub olub

Azərbaycan badminton millisi ikinci oyununda məğlub olub

9-12-2023, 09:42

Qadın badmintonçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinin ikinci oyununda məğlub olub.

“Report”un məlumatına görə, komanda Estoniyaya müqavimət göstərə bilməyib.

Abşeron Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma estonların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamız ilk matçında da Şotlandiyaya 0:5 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, Azərbaycan millisi təsnifat mərhələsinin son görüşündə bu gün Slovakiya ilə qarşılaşacaq.

Geri qayıt