Qelebə.az / Azərbaycan badminton millisi Avropa çempionatının pley-offuna yüksəlib

Azərbaycan badminton millisi Avropa çempionatının pley-offuna yüksəlib

9-12-2023, 17:16

Badminton üzrə kişilərdən ibarət Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında pley-offa yüksəlib.

“Report”un məlumatına görə, yığma təsnifat mərhələsində ardıcıl ikinci qələbəsini qazanaraq buna nail olub.

Ötən gün Norveçi üstələyən (4:1) badmintonçularımız bu dəfə İrlandiyanı 3:2 hesabı ilə məğlub ediblər.

Millimizin sabah keçiriləcək pley-off oyunundakı rəqibi Çexiya - Avstriya cütünün qalibi olacaq.

Geri qayıt