Qelebə.az / Avropada məğlub olmayan 1 klub qalıb

Avropada məğlub olmayan 1 klub qalıb

11-12-2023, 11:00

UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Almaniya təmsilçisi “Bayer 04” bu mövsüm Avropada məğlub olmayan yeganə klubdur.

“QELEBE.AZ” xəbər verir ki, Leverkuzen təmsilçisi Bundesliqanın XIV turunda “Ştutqart”la 1:1 hesablı heç-heçə edib.

Almaniya nəhəngi “Bavariya”nın uğurlu seriyası bu tur qırılıb. Münhen təmsilçisi “Ayntraxt”a 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, “Bayer 04” hazırda 36 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir. Almanlar Avropa Liqasının qrup mərhələsində keçirdikləri 5 görüşün hamısında qalib gəliblər.

Geri qayıt