Qelebə.az / La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

9-10-2022, 01:47

"Real Madrid" futbol üzrə İspaniya çempionatının VIII turunun matçında "Xetafe" üzərində minimal hesablı qələbə qazanıb - 1:0.

"QELEBE.AZ" xəbər verir ki, yeganə qolu matçın 4-cü dəqiqəsində müdafiəçi Eder Militao vurub.

O, yarımmüdafiəçi Luka Modriçin ötürməsini qola çevirib.

Qeyd edək ki, xorvatiyalı 2003/04 mövsümündən bu günədək "Real Madrid"in La Liqada 50 məhsuldar ötürmə edən altıncı futbolçusu olub.

Bununla da "Real" 22 xal toplayaraq turnir cədvəlində lider olub.

Geri qayıt