Qelebə.az / "Napoli" 65 ildən sonra antirekordunu təkrarlayıb

"Napoli" 65 ildən sonra antirekordunu təkrarlayıb

20-12-2023, 14:08

İtaliyanın "Napoli" klubu 65 ildən sonra antirekordunu təkrarlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Neapol təmsilçisi 1958-ci ildən sonra ölkə kuboku matçında doğma meydanda 4 top fərqi ilə məğlub olub.

Komanda ötən gün 1/8 finalda "Frozinone"yə uduzub - 0:4.

"Napoli" 1958-ci ildə bu turnirdə "Latsio"ya eyni hesabla yenilmişdi.

Qeyd edək ki, noyabrın ortalarında Valter Madzarri komandanın "sükanı arxasına" keçib. O, bu postda Rudi Qarsiyanı əvəzləyib.

Geri qayıt