Qelebə.az / Voleybolçu qızlar arasında Azərbaycan birinciliyə start verilib

Voleybolçu qızlar arasında Azərbaycan birinciliyə start verilib

23-12-2023, 13:27

16 yaşadək voleybolçu qızlar arasında Azərbaycan birinciliyinə start verilib.

“QELEBE.AZ” xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında təşkil olunan yarışın ilk günündə bir oyun keçirilib.

Birinciliyin açılış matçında “Azərreyl-3” komandası “Azərreyl-1”lə qarşılaşıb. Görüşün qalibi “Azərreyl-1” olub - 2:0.

Növbəti oyunlar dekabrın 24-də AVF-nin və UNEC-in idman zallarında baş tutacaq.

Qeyd edək ki, birincilikdə 18 komanda iştirak edir. Reqlamentə əsasən komandalar bir dövrədən ibarət olmaqla 2 qrupda mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq.

Geri qayıt