Qelebə.az / İtaliya millisinin hücumçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq

İtaliya millisinin hücumçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq

25-12-2023, 17:58

İtaliya millisinin və "Latsio" klubunun futbolçusu Çiro İmmobile üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

"QELEBE.AZ" yerli mətbuata istinadən xəbər verir ki, buna 33 yaşlı hücumçunun A Seriyasında "Empoli"yə 2:0 hesabı ilə qalib gəldikləri matçda ombasından zədələnməsi səbəb olub.

Onun yanvarın 20-27-si aralığında Səudiyyə Ərəbistanında keçiriləcək İtaliya Superkuboku turnirində iştirakı da sual altındadır.

Qeyd edək ki, forvard cari mövsüm "Latsio"nun heyətində 23 matçda meydanda olub və 7 qola imza atıb. Onun paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatmalıdır. O, dekabrın əvvəlində A seriyası matçlarında səfərdə 100 qol vuran ilk futbolçu olub və tarixi rekorda imza atıb.

Geri qayıt