Qelebə.az / AFFA 2 komandaya texniki məğlubiyyət verib

AFFA 2 komandaya texniki məğlubiyyət verib

28-12-2023, 13:28

AFFA İntizam Komitəsi aşağı yaş qruplarında iki komandaya texniki məğlubiyyət verib.

“Report”un məlumatına görə, U-14 Liqasında keçirilməli olan “Qəbələ” – “Viktoriya” (Zaqatala) oyununda ikincilər təyin edilən vaxtda meydana çıxmayıblar.

Qarşılaşmanın baş tutmaması Zaqatala təmsilçisinə 0:3 hesabı ilə texniki məğlubiyyət verilməsi ilə nəticələnib.

U-17 Qızlar Liqasının “Baku Sporting” – “Sabah” qarşılaşmasının başlaması üçün isə birincilərin heyətində yetərsay olmayıb. Bu üzdən “Sabah”ın hesabına texniki qələbə ilə (3:0) 3 xal yazılıb.

Geri qayıt