Qelebə.az / "Gəncə" klubu rusiyalı voleybolçu ilə vidalaşıb

"Gəncə" klubu rusiyalı voleybolçu ilə vidalaşıb

6-01-2024, 15:19

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu daha bir oyunçusu ilə vidalaşıb.

Klubdan “QELEBE.AZ”a verilən məlumata görə, rusiyalı Anna Dmitriyeva ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

O, cari mövsümün əvvəlində “Peterburq-Qaz” (Rusiya) klubundan transfer olunmuşdu. "Gəncə" daha öncə digər rusiyalı Anna Balberova ilə yolları ayırmışdı.

Geri qayıt