Qelebə.az / İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

10-10-2022, 11:14

Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Qonsalo Avila Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxa bilər.

"QELEBE.AZ"un məlumatına görə, 24 yaşlı müdafiəçi OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının VII tur oyununda bud nahiyəsindən zədələnib.

39-cu dəqiqədə ispaniyalı oyunçunun yerinə meydana Marios Vrusay daxil olub. Qonsalo Avilanın durumuna bu gün aydınlıq gələcək.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.

Geri qayıt