Qelebə.az / "Qəbələ" sabiq futbolçusunu heyətinə qatıb

"Qəbələ" sabiq futbolçusunu heyətinə qatıb

9-01-2024, 15:00

2023/24 mövsümünün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış transfer dövründə ilk futbolçu keçidini gerçəkləşdirib.

“Qırmızı-qaralar”dan "Report"a verilən məlumata görə, Premyer Liqa təmsilçisi Mozambik millisinin üzvü Klesio Bauku heyətinə qatıb.

29 yaşlı vingerlə 2,5 illik müqavilə imzalanıb.

Afrikalı oyunçu 2019/2020 mövsümündə də “Qəbələ”nin formasını geyinib. O, 22 oyunda 3 qol vurub. Bauk Premyer Liqada 18, Azərbaycan kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.

Geri qayıt