Qelebə.az / "Sabah" ilk yoxlama oyununda Rumıniya klubuna qalib gəlib

"Sabah" ilk yoxlama oyununda Rumıniya klubuna qalib gəlib

9-01-2024, 21:22

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” ilk yoxlama görüşünü keçirib.

“QELEBE.AZ”un məlumatına görə, Bakı klubu Rumıniya təmsilçisi “Rapid”lə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. "Sabah"ın heyətində Jesse Sekidika 45+2-ci, Anatoli Nuriyev 68-ci dəqiqədə fərqləniblər.

Geri qayıt