Qelebə.az / "Qarabağ"ın dünya reytinqindəki mövqeyi dəyişməz qalıb

"Qarabağ"ın dünya reytinqindəki mövqeyi dəyişməz qalıb

10-10-2022, 10:30

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"QELEBE.AZ" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 305 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

Aktivində 130,5 xal olan "köhlən atlar"ın mövqeyi dəyişməz qalıb. Ölkə çempionu 91-ci pillədə qərarlaşıb.

İlk "3-lük"də 308 xalla "Palmeyras", 301 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 280 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.

Geri qayıt