Qelebə.az / Həndbol üzrə Azərbaycan çempionatı: VII turun təqvimi açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: VII turun təqvimi açıqlanıb

11-01-2024, 11:02

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun təqvimi açıqlanıb.

“Report”un məlumatına görə, kişilərin və qadınların liqasında tura bu gün keçiriləcək oyunlarla start veriləcək.

Yanvarın 13-də daha iki görüş baş tutacaq. Yanvarın 14-də və 21-də isə qadınların çempionatında bir matç təşkil ediləcək. Qarşılaşmalar “AHF Arena” İdman Kompleksi və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

Azərbaycan çempionatı
VII tur

Qadınlar
11 yanvar

17:00. “Bakı” – “Gənclər Birliyi”
14 yanvar
14:00. “Kür” – “İdman Akademiyası”
21 yanvar
12:00. “Azəryol” – “Qarabağ”
Xal durumu: “Qarabağ” – 12, “Azəryol” – 9, “Kür” – 7, “İdman Akademiyası” – 6, “Bakı” – 2, “Gənclər Birliyi” – 0.

Kişilər
11 yanvar

19:00. “Dinamo” – “Azəryol”
13 yanvar
10:00. “Təhsil” – “İdman Akademiyası”
12:00. “Bakı” – “Kür”
Xal durumu: “Kür” – 10, “Bakı”, “Qarabağ” – hər ikisi 8, “Azəryol” – 6, “İdman Akademiyası” – 2, “Təhsil”, “Dinamo” – hər ikisi – 0.

Geri qayıt