Qelebə.az / Yuri Matias “Neftçi”ni “Rapid”dən üstün tutub

Yuri Matias “Neftçi”ni “Rapid”dən üstün tutub

12-01-2024, 11:08

“Neftçi”nin futbolçusu Yuri Matias Azərbaycan təmsilçisini Rumıniyanın “Rapid” klubundan üstün tutub.

“QELEBE.AZ”un məlumatına görə, bunu braziliyalı müdafiəçi “Digi Sport” nəşrinə açıqlamasında deyib.

28 yaşlı mərkəz müdafiəçisi bildirib ki, 2023-cü ilin yayında Rumıniya klubu ÇFR onunla bağlı hər iki komandadan təklif alıb: “Rapid”in təklifini rədd edərək “Neftçi”ni seçdiyim üçün peşman deyiləm. Futbol belədir, bu cür hallar gələcəkdə də ola bilər”.

Qeyd edək ki, Yuri Matiasın “Neftçi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Geri qayıt