Qelebə.az / "Sumqayıt" Türkiyədə Rumıniya klubuna məğlub olub

"Sumqayıt" Türkiyədə Rumıniya klubuna məğlub olub

12-01-2024, 18:49

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" klubu ilk yoxlama görüşünü keçirib.

“QELEBE.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşıb.

"Fanatik Belek Sport Center"də baş tutan görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Sumqayıt” ikinci yoxlama matçını yanvarın 16-da keçirəcək. Rəqib Özbəkistan təmsilçisi “Soqdiana” olacaq.

Geri qayıt