Qelebə.az / "Sumqayıt" Özbəkistan klubu ilə üz-üzə gələcək

"Sumqayıt" Özbəkistan klubu ilə üz-üzə gələcək

16-01-2024, 10:36

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ikinci yoxlama oyununu keçirəcək.

"Report"un məlumatına görə, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Özbəkistanın “Soqdiana” komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

"Gənclik şəhəri" təmsilçisi ilk matçda Rumıniyanın “Hermanştadt” klubuna uduzub - 0:3.

Geri qayıt