Qelebə.az / Azərbaycanlı futbolçunun çıxış etdiyi komanda Türkiyə Kuboku ilə vidalaşıb

Azərbaycanlı futbolçunun çıxış etdiyi komanda Türkiyə Kuboku ilə vidalaşıb

17-01-2024, 15:56

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə Kubokunda mübarizəni dayandırıb.

"QELEBE.AZ" xəbər verir ki, bölgə təmsilçisi 1/16 finalda "Başakşehir"in qonağı olub.

Qarşılaşma İstanbul klubunun qələbəsi ilə bitib - 1:0.

İsgəndərli bu görüşün iştirak ərizəsinə daxil edilməyib. O, "Adanaspor"la heç-heçə (1:1) etdikləri 1-ci liqanın XVIII turunun matçında "Boluspor"da debüt etmişdi.

Geri qayıt