Qelebə.az / Konqo millisinin kapitanı Afrika Millətlər Kubokunun matçından sonra irqçi təhqirlərlə üzləşib

Konqo millisinin kapitanı Afrika Millətlər Kubokunun matçından sonra irqçi təhqirlərlə üzləşib

22-01-2024, 03:47

Konqo millisinin kapitanı Şansel Mbemba Afrika Millətlər Kubokunda Mərakeş yığmasına qarşı oyundan sonra internetdə irqçi təhqirlərə məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” yazıb.

Qaradərili futbolçunun instaqram hesabı onun son paylaşımlarına meymun və qorilla emojiləri ilə cavab verən və ya irqçi şərhlər yazan bir çox istifadəçi tərəfindən hədəfə alınıb.

Xatırladaq ki, oyundan sonra Mbemba ilə Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi arasında qarşıdurma olub ki, bu da komandaların oyunçuları və məsul şəxsləri arasında dava ilə nəticələnib.

Qeyd edək ki, Mbemba Fransa klubu “Marsel”də çıxış edir.

Geri qayıt