Qelebə.az / Azərbaycan atıcıları Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycan atıcıları Dünya Kubokunda iştirak edəcəklər

3-02-2024, 14:38

Atıcılıq üzrə Azərbaycan millisinin üzvləri Mərakeşin paytaxtı Rabatda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər.

“QELEBE.AZ”un məlumatına görə, mötəbər yarışda yığmanın 7 atıcısı qüvvəsini sınayacaq.

Səngər stendi komandasının heyətində Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Alina Rəfixanova, Tamerlan Məmmədov və Əlimirzə Quliyev mübarizə aparacaqlar.

Qeyd edək ki, Dünya Kuboku 4-13 fevral aralığında təşkil olunacaq.

Geri qayıt