Qelebə.az / AFFA-nın təşkilatçılığı ilə keçirilən məşqçi kursuna yekun vurulub

AFFA-nın təşkilatçılığı ilə keçirilən məşqçi kursuna yekun vurulub

7-03-2024, 16:19

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kursuna yekun vurulub.

"Report" xəbər verir ki, milli assosiyanın inzibati binasında keçirilən kurs ümumilikdə 3 gün davam edib.

Tədbirin son günündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim olunub. Lisenziyaları AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev təqdim ediblər.

Geri qayıt