Qelebə.az / Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək

Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək

14-03-2024, 14:11

Çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) oğlanlardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək.

“QELEBE.AZ” xəbər verir ki, komanda bu məqsədlə qardaş ölkəyə yola düşüb.

Yığma orada braziliyalı mütəxəssis Joanildo Kosta Juniorun rəhbərliyi altında 14 gün hazırlıq keçəcək.

Voleybolçular Türkiyənin U-18 yığması və digər yerli komandalarla yoxlama oyunlarında güclərini sınayacaqlar.

Geri qayıt