Qelebə.az / "Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

16-10-2022, 04:13

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu 21 yaşlı hücumçu Meyson Qrinvud saxlanılıb.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin yanvarında keçmiş sevgilisi Harriet Robsonu zorlamağa və ona hücum etməyə cəhd edən Meyson Qrinvud zaminə buraxılıb. Girov şərtini yerinə yetirməyən gənc futbolçunun evinə polis basqın edib və o, yenidən saxlanılıb.

Harriet Robson bu yaxınlarda sosial media hesabında Meyson Qrinvudu ona qarşı cinsi təcavüzdə ittiham edib.

Qeyd edək ki, 2018-ci ildən əsas komandada çıxış edən Meyson Qrinvud "Mançester Yunayted"in yetirməsidir.

Geri qayıt