Qelebə.az / Daniel Alves 14 aydan sonra həbsxanadan çıxıb

Daniel Alves 14 aydan sonra həbsxanadan çıxıb

25-03-2024, 15:47

Braziliya millisinin və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Daniel Alves 14 aydan sonra həbsxanadan çıxıb.

"QELEBE.AZ" "Marca"ya istinadən xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi 1 milyon avronu toplaya bilib və onu girov kimi ödəyib.

Martın 20-də Barselona məhkəməsi Alvesin girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilmişdi.

Geri qayıt