Qelebə.az / Konor Makqreqor bu il ən çox dopinq sınağından keçən UFC döyüşçüsüdür

Konor Makqreqor bu il ən çox dopinq sınağından keçən UFC döyüşçüsüdür

2-04-2024, 16:21

Konor Makqreqor 2024-cü ildə ən çox dopinq sınağından keçən UFC döyüşçüsüdür.

“QELEBE.AZ” “Bloody Elbow”a istinadən xəbər verir ki, o, ilin birinci rübündə yeni proqrama əsasən 5 dəfə testdən keçib.

Keçmiş orta çəkili çempion Şon Striklend və ağır çəkili qadın döyüşçü Mayra Bueno Silva hərəyə 3 dəfə dopinq testi veriblər.

Orta çəkidə hazırkı çempion Leon Edvards, yüngül çəkidə çempion İslam Maxaçev və yüngül çəkidə keçmiş çempion Aleksandr Volkanovski 2024-cü ildə bir dəfə də olsun sınaqdan keçməyiblər.

Konor Makqreqor iki müxtəlif çəki dərəcəsində UFC çempionu olub.

Geri qayıt