Azərbaycan millisinin futbolçusu Sertan Taşkının çıxış etdiyi Türkiyənin "Manisa" komandası baş məşqçisi Mustafa Dalcı ilə yollarını ayırıb.
"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
1-ci Liqa təmsilçisi 50 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.
Qeyd edək ki, Sertan Taşkın ilin əvvəlində "Manisa"ya keçib.