Qelebə.az / “Pittsburq” klubunun hücumçusu Milli Hokkey Liqasının ən mükəmməl oyunçusu seçilib

“Pittsburq” klubunun hücumçusu Milli Hokkey Liqasının ən mükəmməl oyunçusu seçilib

11-04-2024, 13:15

ABŞ-nin “Pittsburq” klubunun hücumçusu Sidney Krosbi Milli Hokkey Liqasının (NHL) ən mükəmməl oyunçusu seçilib.

"Report" xəbər verir ki, o, NHL Oyunçuları Assosiasiyasının hazırkı oyunçular arasında keçirdiyi anonim sorğuda 38,37 % səs toplayıb.

İlk "beşlik"də həmçinin Aleksandr Barkov ("Florida", 14,6 %), Anje Kopitar ("Los-Anceles", 8,15 %), Konnor Makdevid ("Edmonton", 7,8 %) və Natan Makkinnon ("Kolorado", 6,62 %) yer alıblar.

Qeyd edək ki, sorğuda 589 hokkeyçi iştirak edib.

Geri qayıt