Qelebə.az / Ukraynalı baş məşqçi: "Azərbaycan millisi ilə bağlı kifayət qədər məlumatımız var"

Ukraynalı baş məşqçi: "Azərbaycan millisi ilə bağlı kifayət qədər məlumatımız var"

18-10-2022, 10:39

"Rəqiblərlə bağlı kifayət qədər məlumatımız var".

"Report" xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Yuri Moroz AVRO-2023-ün seçmə mərhələsində qarşılaşacaqları Bosniya və Herseqovina, Azərbaycan və Lixtenşteynlə oyunlar barədə danışarkən deyib.

52 yaşlı ukraynalı mütəxəssis rəqiblərin güclü və zəif tərəflərini analiz etdiklərini bildirib: "Komanda onları bu turnirdə nələrin gözlədiyini başa düşməlidir".

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə ilk matçını oktyabrın 24-də Ukraynaya qarşı keçirəcək. Görüşlər Bosniya və Herseqovinada olacaq. Qruplarda ilk iki yerin sahibləri və üçüncü yeri tutan dörd ən yaxşı kollektiv elit raunda yüksələcək.

Geri qayıt