Qelebə.az / AGF Baham Adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb

AGF Baham Adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb

23-04-2024, 12:28

Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında Anlaşma Memorandumu imzalanıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə AGF-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müqavilə bədii gimnastikanın inkişafı və təbliği məqsədilə imzalanıb.

Memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Baham Adaları Gimnastika Federasiyasının prezidenti Kora Hepburn tərəfindən bağlanıb.

Bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Geri qayıt