Qelebə.az / "Atletik"in futbolçusu 15 ildən sonra klubdan ayrılır

"Atletik"in futbolçusu 15 ildən sonra klubdan ayrılır

24-04-2024, 13:45

İspaniyanın "Atletik" komandasının futbolçusu İker Munyain mövsümün sonunda klubdan ayrılacaq.

"Report" xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Atletik"in yetirməsi olan 31 yaşlı vinger 2009-cu ildə əsas komandada debüt edib.

Kapitan 2020/2021 mövsümündə İspaniya Superkubokunun, cari mövsümdə isə ölkə kubokunun qalibi olub.

Geri qayıt