Qelebə.az / Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar

Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar

29-04-2024, 16:55

Azərbaycanın çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət U-18 yığmaları Türkiyədə təlim-məşq toplanışı keçəcəklər.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komandalar bu məqsədlə bu gün Antalyaya yola düşüblər. Mayın 12-dək davam edəcək hazırlıq prosesi zamanı voleybolçular yoxlama oyunlarında qüvvələrini sınayacaq və “Sportbeach” turnirində iştirak edəcəklər.

Geri qayıt