Qelebə.az / Azərbaycanın yeniyetmə şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

Azərbaycanın yeniyetmə şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

3-05-2024, 11:07

Azərbaycanın yeniyetmə şpaqaçıları Türkiyənin Antalya şəhərində “Cadet Circuit” çərçivəsində beynəlxalq turnirdə iştirak ediblər.

"Report" Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oğlan şpaqaçılar komanda yarşında 22 kollektiv arasında 3-cü, qızlar isə 7-ci olublar.

Jasmin Əliyeva qızların şəxsi yarışında 3-cü, Rəhman Məmmədov oğlan şpaqaçıların şəxsi yarışında 6-cı, Bəhram Əliyev isə 7-ci yeri tutub.

Geri qayıt