Qelebə.az / İtaliya A Seriyası: “Yuventus” “Roma” görüşündə qalib müəyyənləşməyib

İtaliya A Seriyası: “Yuventus” “Roma” görüşündə qalib müəyyənləşməyib

6-05-2024, 01:16

İtaliya A Seriyasında gecənin böyük maraqla gözlənilən görüşündə “Yuventus” “Roma” ilə üz-üzə gəlib.

"QELEBE.AZ" xəbər verir ki, gərgin mübarizə vəd edən matçda hesabı meydan sahibləri açıblar.

15-ci dəqiqədə belçikalı Romelu Lukaku fərqlənib – 1:0. Amma məğlubiyyətlə barışmayan “qoca sinyora” hesaba tarazlıq gətirib. Bremer 31-ci dəqiqədə Kyezanın ötürməsini qolla tamamlayıb – 1:1.

Qeyd edək ki, aktivində 66 xalı olan “Yuventus” 3-cü pillədə qərarlaşıb. “Roma” 60 xalla 5-cidir.

Geri qayıt