Qelebə.az / "Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub

"Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub

7-05-2024, 16:22

"Araz-Naxçıvan” futzal üzrə Azərbaycan Kubokunun qalibi olub.

“QELEBE.AZ”un məlumatına görə, final matçında komanda “Baku Fire”la üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan görüşün əsas hissəsi 5:5 hesabı ilə yekunlaşdığından komandalar əlavə vaxt oynayıblar. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyası baş tutub.

Burada isə “Araz-Naxçıvan” rəqibini 5:4 hesabı ilə məğlub edib.

Geri qayıt