Qelebə.az / "Sumqayıt" rəsmisi hakimi təhqir etdiyi üçün cəzalanıb

"Sumqayıt" rəsmisi hakimi təhqir etdiyi üçün cəzalanıb

8-05-2024, 13:02

AFFA İntizam Komitəsi "Sumqayıt-2" komandasının inzibatçısı Elnur Hüseynovu 5 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, buna onun Əvəzedicilər Liqasının XXXIII turunda "Kəpəz-2" ilə matçda hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.

"Gənclik şəhəri" təmsilçisi isə 400 manat cərimələnib.

Qeyd edək ki, qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 3:1.

Geri qayıt