Qelebə.az / Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub

9-05-2024, 14:14

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turniri başa çatıb.

"Report"un məlumatına görə, finalda "Günəşli" və "Aşağı Güzdək" komandaları üz-üzə gəliblər.

"Günəşli" rəqibini 7:0 hesabı ilə üstələyərək çempion olub.

Üçüncü yer uğrunda qarşılaşmada isə “Biləcəri” və “Mərdəkan” münasibətlərə aydınlıq gətiriblər. Əsas vaxt heç-heçə (4:4) yekunlaşdığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan (3:1) "Mərdəkan" futbolçuları üçüncü yeri tutublar.

Mükafatlandırmada gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda paytaxtın kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət 32 komandası mübarizə aparıb.

Geri qayıt