Qelebə.az / Kilian Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqlayıb

Kilian Mbappe PSJ-dən ayrılacağını rəsmən açıqlayıb

10-05-2024, 22:29

Fransanın PSJ kollektivinin üzvü Kilian Mbappe klubdan gedəcəyini rəsmən açıqlayıb.

"QELEBE.AZ"un məlumatına görə, bu barədə futbolçu özü "X" səhifəsində video paylaşım edib.

"Ölkəmdən ayrılacağımı açıqlamağım mənim üçün çox çətindir. Ancaq 7 ildən sonra karyeramda yeni səhifə açmağa ehtiyacımın olduğunu hiss edirəm", - deyə ulduz futbolçu bildirib.

Qeyd edək ki, 25 yaşlı oyunçunun müqavilə müddəti 2024-cü ilin yayında başa çatacaq. Hücumçunun İspaniyanın "Real" (Madrid) komandasına keçəcəyi istisna olunmur.

Geri qayıt