Qelebə.az / Azərbaycanın parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycanın parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb

12-05-2024, 19:26

Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli Serbiyada keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı finalda cənubi koreyalı Jeonq Jooya uduzub - 7:15.

O, 1/4 finalda türkiyəli Arda Adem Özkulu (23:9), yarımfinalda Böyük Britaniya təmçilsisi Jozef Leyni (12:3) məğlub edib.

Qeyd edək ki, parataekvondoçu ötən il Rotterdamdakı analoji yarışda qitənin ən güclüsü olub. İdmançı həmçinin dünya çempionatının finalçısı və üçqat bürünc medalçısıdır.

Geri qayıt