Qelebə.az / AKF-nin baş katibi: Hər yarışda daha çox medal qazanmağa çalışırıq

AKF-nin baş katibi: Hər yarışda daha çox medal qazanmağa çalışırıq

13-05-2024, 17:04

Hər yarışda daha çox medal qazanmağa çalışırıq.

Bunu "Report"a açıqlamasında Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov deyib.

Xorvatiyanın Zadar şəhərində keçirilən Avropa çempionatı barədə danışan qurum rəsmisi qazanılan 6 medalın qənatbəxş olduğunu bildirib: "Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Çalışırıq hər turnirdə daha çox medal qazanaq. Nəzərə alsaq ki, mükafatlar 51 ölkədən olan idmançıların mübarizəsində qazanılıb, nəticələri uğurlu saymaq olar. Parakarateçi kişilər arasında iki Azərbaycan təmsilçisi - Eldar Əhmədov və Vidadi Xaliqovun üz-üzə gəlməsi bizə xüsusi sevinc bəxş etdi. Bildirməliyəm ki, Əhmədov birinci, Xaliqov isə ikinci "Qarabağ" müharibəsinin qaziləridir".

Qeyd edək ki, Azərbaycan karateçiləri Avropa çempionatını 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.

Geri qayıt