Azərbaycanın hokkey üzrə "Baku Flames" komandası Tatarıstanın paytaxtı Kazan şəhərində İslam ölkələri arasında keçirilən “Orxis Cup” ikinci beynəlxalq hokkey turnirində növbəti qələbəsini qazanıb.
"QELEBE.AZ" Qış İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz İran komandası ilə qarşılaşıb.
Görüş komandamızın 11:6 hesablı üstünlüyü ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan ilk oyununda Bəhreyn komandasına 8:3 hesabı ilə qalib gəlmişdi. Tarixində ilk dəfə beynəlxalq turnirdə iştirak edən Azərbaycan hokkey komandası ilə yanaşı, Türkiyə, Qazaxıstan, Pakistan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsil olunurlar.