Qelebə.az / Vadim Vasilyevin müalicə müddəti uzadılıb

Vadim Vasilyevin müalicə müddəti uzadılıb

16-05-2024, 12:52

Azərbaycan milli komandasının keçmiş futbolçusu Vadim Vasilyevin müalicə müddəti uzadılıb.

Bunu “QELEBE.AZ”a açıqlamasında bir müddət əvvəl insult keçirən sabiq hücumçu bildirib.

O, fizioterapiyanı mayın sonuna qədər davam etdirəcəyini söyləyib: “Müalicəm davam edir, hər gün xəstəxanaya gedirəm. Həkimlər fizioterapiyanı mayın sonuna qədər davam etdirməyin vacibliyini deyiblər. Dərmanlarımı qəbul etməli, fizioterapiyanı dayandırmamalıyam”.

V.Vasilyev səhhətinin yaxşıya doğru getdiyini deyib: “Əvvəlki günlərə nisbətən səhhətim yaxşılaşıb. Hiss edirəm ki, mayın sonuna qədər daha da yaxşı olacaq”.

“Liv Bona Dea”da müalicə alan veteran futbolçu son açıqlamasında müalicəsini mayın 9-a qədər davam etdirməli olduğunu bildirmişdi.

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

Geri qayıt