Qelebə.az / AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşib

AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşib

20-05-2024, 11:50

AFFA Region Liqasında üçüncü yer uğrunda oyun keçirilib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Göyəzən” və “Ümid” komandaları üz-üzə gəliblər.

“ASCO Arena”da baş tutan görüşdə 7:2 hesablı qələbə qazanan “Ümid” kollektivi bürünc medallara sahib olub.

Medalları veteran futbolçu, milli komandanın skautu İlqar Qurbanov təqdim edib.

Qeyd edək ki, AFFA Region Liqasında final oyunu mayın 24-də Şamaxı şəhər stadionunda “Şimal” və “Hypers” kollektivləri arasında keçiriləcək.

Geri qayıt