Qelebə.az / "Neftçi"dən baş məşqçi ilə bağlı açıqlama: "Sabah"la oyundan sonra suallara aydınlıq gələcək

"Neftçi"dən baş məşqçi ilə bağlı açıqlama: "Sabah"la oyundan sonra suallara aydınlıq gələcək

20-05-2024, 13:15

"Neftçi" komandasında baş məşqçi Miodraq Bojoviçin taleyinə Azərbaycan Premyer Liqasının sonuncu oyunundan sonra aydınlıq gələcək.

Bu barədə "QELEBE.AZ"a "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.

"Hazırda klub olaraq "Sabah"la oyuna köklənmişik. Bizi, sadəcə, həmin matç düşündürür. Bu qarşılaşma bitəndən sonra suallara aydınlıq gələcək. Bütün məsələlər haqqında mətbuata açıqlama veriləcək", - deyə paytaxt təmsilçisindən bildirilib.

Qeyd edək ki, XXXVI turda "Neftçi" - "Sabah" matçı mayın 25-də, saat 19:00-da start götürəcək. Meydan sahibləri hazırda 56 xalla ikinci, qonaqlar 55 xalla dördüncü pillədə qərarlaşıb. Sonuncu turun "Zirə" - "Səbail" və "Sumqayıt" - "Qəbələ" görüşləri də avrokuboklara vəsiqə baxımından önəmli olacaq. Həmin oyunlar da eyni saata təyin edilib.

Geri qayıt