Qelebə.az / Braziliya millisinin 40 yaşlı sabiq futbolçusu Fransa klubu ilə müqavilə müddətini uzadıb

Braziliya millisinin 40 yaşlı sabiq futbolçusu Fransa klubu ilə müqavilə müddətini uzadıb

22-05-2024, 22:34

Fransanın "Nitsa" klubu Braziliya millisinin sabiq futbolçusu Dante ilə başa çatan müqavilə müddətini uzadıb.

"QELEBE.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı oyunçu daha bir mövsüm Fransa Liqa 1-də çıxış edəcək.

Qeyd edək ki, 2016-cı ildən "Nitsa"da forma geyinən Dante daha əvvəl "Volfsburq", "Bavariya" və "Borussiya" (Münhenqladbax) kimi klubların şərəfini qoruyub.

Geri qayıt