Qelebə.az / İngiltərə Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb

İngiltərə Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb

27-05-2024, 19:27

"Aston Villa" klubu baş məşqçisi Unay Emeri ilə müqavilə müddətini uzadıb.

"QELEBE.AZ" İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis 2029-cu ilə qədər "şirlər"ə rəhbərlik edəcək.

Qeyd edək ki, ispaniyalı çalışdırıcı 2022-ci ildən "Aston Villa"da çalışır. Onun komandası cari mövsüm İngiltərə Premyer Liqasını 4-cü pillədə başa vuraraq tarixində ilk dəfə UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

Geri qayıt